BAKI, 22 fevral. TELEQRAF
Somalinin beynəlxalq səviyyədə tanınmayan, lakin de-fakto müstəqil fəaliyyət göstərən "Somalilənd" bölgəsi ABŞ-yə genişmiqyaslı tərəfdaşlıq paketi təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, “Somalilənd”administrasiyası Vaşinqtonla münasibətləri yeni müstəviyə daşımaq məqsədilə öz ərazisindəki zəngin faydalı qazıntı yataqlarına müstəsna giriş hüququ verməyə hazır olduğunu bəyan edib.
Həmçinin ABŞ-yə “Somalilənd”ərazisində hərbi baza yaratmaqla bağlı təklif irəli sürülüb.
Xatırladaq ki, “Somalilənd”1991-ci ildə Somalidən ayrılaraq müstəqilliyini elan etsə də, hazırda beynəlxalq birlik tərəfindən rəsmən tanınmır.