ain.az, Sportal.az portalına istinadən məlumat yayır.
"Turan-Tovuz"un yarımmüdafiəçisi Filip Ozobiç Misli Premyer Liqasının 21-ci turunun “Zirə” ilə(2:0) görüşü haqda danışıb.
Sportal.az saytına açıqlama verən millimizin sabiq üzvü komandasının qalibiyyətini şərh edib:
"Bizi çətin oyun gözlədiyini bilirdik. “Zirə” həmişə avrokuboklar uğrunda mübarizə aparır. Bu görüşdə yaxşı oynadıq və vacib qələbəni təmin etdik. Hər matça bu oyunda olduğu kimi yanaşmaq lazımdır. Üçüncü yerə yüksəlməyi bacardıq, amma nəticə çıxarmaq üçün hələ tezdir, qarşıda hələ çox tur var. Hər matçda belə oynamaq istəyirik, amma bu, həmişə alınmır. Hələ də inkişaf üçün yer var".
saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.