EN

Bakıda şimal qərb küləyi əsir, bəzi yerlərdə duman müşahidə olunur FAKTİKİ HAVA

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olub.

Düşən yağıntının miqdarı Tərtər, Lənkəran, Astarada 1 millimetrdir.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 21 metr/saniyəyədək güclənir.

Neft Daşları, Çilov adası, Şəki, Şəmkir, Neftçala, Lənkəran, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 200 metrədək məhdudlaşır.

Fevralın 21-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 17, Aran rayonlarında 19, dağlıq rayonlarda 16 dərəcəyədək isti müşahidə olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
29
azertag.az

10Sources