EN

Vaşinqtonda fövqəladə vəziyyət elan edildi

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda kanalizasiya sızması səbəbindən fövqəladə vəziyyət elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat verib.

Agentlik qeyd edib ki, Potomak çayına sızan kanalizasiya suyunun ətraf mühitə ciddi təsiri var.

Vaşinqton meri də əvvəllər fövqəladə vəziyyət elan etmiş və Ağ Evdən kömək istəmişdi.

Potomak çayı ABŞ paytaxt bölgəsinin mərkəzindən keçir və Merilend, Virciniya ştatlarını və Vaşinqton şəhərini bölür. 19 yanvarda kanalizasiya sızması çaya 900.000 tona qədər çirkab su buraxıb. İctimai səhiyyə mütəxəssisləri bunu ABŞ tarixində ən böyük çirkab su sızmalarından biri hesab edirlər.

Chosen
6
3
konkret.az

10Sources