EN

III Karl qardaşı Endryu ilə bağlı sənədləri polisə təqdim etdi

BAKI, 22 fevral. TELEQRAF

Böyük Britaniya kralı III Çarlz qardaşı Endryu Mauntbetten-Vindzorun fəaliyyəti ilə bağlı bütün sənəd və yazışmalara polisə çıxış imkanı yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Observer" mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, hüquq-mühafizə orqanlarına Endryunun ölkənin ticarət üzrə xüsusi nümayəndəsi kimi fəaliyyəti ilə bağlı sənədlər, elektron məktublar və hökumət faylları təqdim olunacaq. Kral çevrəsindən olan mənbə bildirib ki, onlar istintaq orqanları ilə tam və səmimi əməkdaşlıedəcəklər.

Eyni zamanda, Endryunun 2022-ci ilə qədər şəxsi ofis və mənzillərə malik olduğu Bukinqem sarayında axtarış aparılıb-aparılmayacağı hələlik məlum deyil.

Nəşr qeyd edir ki, kral ailəsinə yaxın bəzi şəxslər araşdırmanın keçmiş şahzadənin ehtimal olunan qanunsuz əməllərinin bilərəkdən gizlədilməsi ilə bağlı yüksək vəzifəli əməkdaşların mümkün rolunu üzə çıxara biləcəyindən narahatdırlar. Mənbənin sözlərinə görə, belə hallar baş veribsə, bu, əvvəlki dövlət başçısı II Yelizavetaın hakimiyyəti dövründə olub. Bildirilir ki, həmin vaxt nə III Çarlz, nə də Uels şahzadəsi Uilyam bu kimi qərarlar qəbul edə bilməzdilər.

Chosen
24
teleqraf.com

1Sources