Ukraynadakı müharibə hələ dalana dirənməyib.
APA xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Le Monde” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, 2025-ci ildə ərazilər əldən-ələ keçməyə davam edib və döyüşlər bütün cəbhələrdə - quruda, havada və dənizdə davam edib.
“Rusiya 2025-ci ildə 406 min əsgəri səfərbər etsə də ümumi itkilər, ölən və yaralananların sayı təxminən 418 min əsgər təşkil edib”, - deyə Sırski bildirib.