EN

ABŞ qüvvələri Suriyadakı “Qəsrək” bazasını təhvil verir

Qahirə, 21 fevral, AZƏRTAC

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın Həsəkə vilayətindəki “Qəsrək” bazasını boşaltmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat verib.

Yerli medianın məlumatına görə, bu gün ABŞ ordusuna aid 20-dən çox boş yük maşını və hərbi texnikadan ibarət karvan İraq sərhədindən keçərək bazaya doğru hərəkət edib. Nəqliyyat vasitələri təxliyə əməliyyatında istifadə olunacaq.

Bu ay Suriya Müdafiə Nazirliyi “əl-Şəddadi” və “əl-Tanf” hərbi bazalarını ABŞ komandanlığından təhvil alıb.

 
Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
18
6
azertag.az

7Sources