EN

Bu hava limanı Suriya hökumətinə verildi

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Suriyanın Haseke vilayətinin Qamışlı şəhərində yerləşən beynəlxalq hava limanı Suriya Demokratiya Qüvvələri (SDQ) ilə razılaşmaya əsasən, Suriya Vətəndaş Aviasiyası və Hava Nəqliyyatı İdarəsinin nəzarətinə keçib.

Axar.az xəbər verir ki, bunu Hava Nəqliyyatı İdarəsinin rəhbəri Ömər əl-Xusri X platformasında açıqlayıb.

Açıqlamada bildirilib ki, Qamışlı hava limanının idarəçiliyinin təhvil verilməsi hava limanlarının dövlət nəzarəti altında birləşdirilməsi prosesində mühüm addımdır.

Xusri əlavə olaraq qeyd edib ki, Deyr-əz-Zor hava limanının bərpası da sürətlə davam edir.

Onun sözlərinə görə, Suriya hökuməti Qamışlı və Deyr-əz-Zor hava limanlarını mümkün qədər tez açmağa çalışır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
1
axar.az

2Sources