EN

Millimiz Belarusa qalib gəldi

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün üçüncü oyununa çıxıb.

Sportal.az xəbər verir ki, B qrupunda yer alan millimiz Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən qrupun son görüşündə komandamız 1:0 hesablı qələbə qazanıb.

U-18-in heyətində qalibiyyət qolunu 42-ci dəqiqədə Əli Bəşirov vurub.

Qeyd edək ki, yığmamız bundan əvvəlki oyunlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub.

saytlarin hazirlanmasi

Chosen
14
1
sportal.az

5Sources