AZ

Millimiz Belarus yığmasına qalib gəldi

Bu gün U-18 millimiz Beynəlxalq İnkişaf Turnirində üçüncü oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, B qrupunda yer alan millimiz Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən qrupun son görüşündə komandamız 1:0 hesablı qələbə qazanıb.

U-18-in heyətində qalibiyyət qolunu 42-ci dəqiqədə Əli Bəşirov vurub.

Seçilən
0
3
football-plus.az

7Mənbələr