EN

FHN əməkdaşlarını maşın vurub, ölən və yaralanan varVİDEO

Salyan rayonunda yanan avtomobili söndürmək istəyən iki nəfəri maşın vurub, onlardan biri ölüb, digəri xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistralında qeydə alınıb.

Səhər saatlarında Salyan rayonunun Kürsəngi kəndinin ərazisində yanan “Mercedes” markalı yük avtomobilini söndürən Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlunu avtomobil vurub. Nəticədə Neftçala rayonunun Şorkənd kənd sakini 42 yaşlı Hakim Piriyev hadisə yerində ölüb.

Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həmin şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, E.Tağıyevin həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, Hakim Piriyev Salyan rayonunun Şorkənd kəndində dəfn olunub.

Elşən Tağıyev isə xəstəxanadan çıxdıqdan sonra dəfn mərasimində iştirak edəb və baş verən hadisə barədə jurnalistlərə açıqlama verib. 

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Chosen
3
8
xezerxeber.az

10Sources