EN

Orban Ukraynanı elektrik enerjisi təchizatını kəsməklə hədələdi

Bakı. Trend:

Əgər Ukrayna “Drujba” neft kəməri vasitəsilə Rusiya neftinintranzitini yenidən bərpa etməzsə, Macarıstan Ukraynaya elektrikenerjisinin verilməsini dayandıra bilər.

Trend xəbər verir ki, bufikirləri Macarıstanın Baş naziri Viktor Orban Bekeşçaba şəhərindəkeçirilən mitinqdə səsləndirib.

Orban qeyd edib ki, Budapeştin bir neçə ay üçün kifayət edəcəkneft ehtiyatı mövcuddur. Bununla belə, tədarükün dayandırılmasıhalında Kiyevə qarşı cavab addımlarının atılacağını bildirib.

“Bu asan məsələ deyil. Elektrik enerjisinin verilişinidayandırsaq, arzuolunmaz nəticələr yarana bilər. Slovaklar da bunumümkün variant kimi qiymətləndiriblər. Buna görə addımlarımızıSlovakiya ilə uzlaşdırırıq və zərurət yaranarsa, belə bir qərarverəcəyik”, – deyə Orban vurğulayıb.

Xatırladaq ki, bu gün Slovakiyanın Baş naziri Robert Fitso dabildirib ki, əgər Kiyev ölkəyə neft nəqlini bərpa etməzsə, fevralın23-dən etibarən Ukraynaya elektrik enerjisinin tədarüküdayandırılacaq.

Chosen
16
1
az.trend.az

2Sources