EN

İran Hörmüz boğazında hərbi təlimlər zamanı zenit raketini sınaqdan keçirib

BAKI, 21 fevral. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında keçirilən genişmiqyaslı hərbi təlimlər zamanı "Səyyad-3" zenit raketinin dəniz versiyasını uğurla sınaqdan keçirib.

Teleqraf "Mehr" agentliyinə istinadən xəbər verir ki, İranın uzaq mənzilli zenit raketinin dəniz versiyası olan "Sayyad-3" SEPAHtərəfindən keçirilən hərbi təlimlər zamanı ilk dəfə uğurla buraxılıb.

Agentlik raketin "Hörmüz boğazının ağıllı idarə olunması" dəniz təlimləri zamanı Şahid Səyyad Şiraz hərbi gəmisindən atıldığını qeyd edib.

Chosen
16
9
teleqraf.com

10Sources