AZ

İran Hörmüz boğazında zenit raketini sınaqdan keçirdi

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında keçirilən genişmiqyaslı təlimlər zamanı "Səyyad-3" zenit raketinin dəniz versiyasını sınaqdan keçiriblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

"İranın uzunmənzilli "Səyyad-3G" zenit raketinin dəniz versiyası SEPAH tərəfindən keçirilən hərbi təlimlər zamanı ilk dəfə uğurla sınaqdan keçirilib", - məlumatda deyilir.

Agentlik raketin "Hörmüz boğazının ağıllı idarə olunması" dəniz təlimi zamanı "Şəhid Səyyad Şirazi" hərbi gəmisindən atıldığını bildirib./Oxu.az


Telegram kanalımız
Seçilən
1
9
yenisabah.az

10Mənbələr