EN

Baş məşqçi postuna iki namizədi var - Premyer Liqa klubunda

“Tottenhem”də yayda yenidən baş məşqçi dəyişikliyi gözlənilir.

Fevral ayında komanda ilə yollarını ayıran Tomas Frank istefaya göndərildikdən sonra onun yerinə mövsümün sonuna qədər müvəqqəti olaraq İqor Tudor təyin olunub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisinin yeni və daimi baş məşqçi postu üçün iki əsas namizədi var - Maurisio Poçettino və Roberto De Zerbi.

Hazırda ABŞ millisini çalışdıran Poçettino 2026-cı il dünya çempionatından sonra “Tottenhem”ə qayıtmağa hazır olduğunu bildirib. Klub rəhbərliyinin artıq 53 yaşlı mütəxəssislə danışıqlar apardığı qeyd olunur.

De Zerbi isə bu ay “Marsel”dən ayrılıb. İtaliyalı məşqçi yenidən İngiltərə Premyer Liqasında çalışmaq istəyir. “Tottenhem” onun namizədliyini hələ iki il əvvəl də nəzərdən keçirmişdi.

Chosen
18
sportinfo.az

1Sources