EN

"TIR-dan 63 kq narkotik çıxdı, yaşlı atam günahsız yerə həbsə düşdü"

"40 ildir TIR sürücüsü olan atam 2025-ci il sentyabrın 12-dən Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlanılır".

Publika.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu həbsdə olan Miribrahim Kərimovun oğlu Mirağa Kərimov deyib.

Atasının günahsız olduğunu hesab edən şikayətçinin sözlərinə görə, hər şey İrandan zəng gəldikdən sonra başlayıb:

"Atam TIR sürücüsüdür, sifariş olduğu zaman Bakıdan İrana, Türkiyəyə, Gürcüstana, Rusiyaya gedir. Sentyabrın 12-də atama İrandan zəng gəldi və bildirdilər ki, Türkiyəyə yük daşınmalıdır. Atam da Culfadan İrana keçdi, maşına İran gömrüyünün ətrafında mallar yükləndi. Daha sonra yüklər plomblandı, elə həmin gün də Culfaya qayıtdı. Lakin Culfada maşın yoxlanılarkən yükün içərisindən 63 kq narkotik çıxıb. Atamı elə həmin gündən Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlayırlar".

Mirağa Kərimov hadisə ilə əlaqədar araşdırmaların zəif aparıldığını düşünür:

Chosen
8
1
publika.az

5Sources