EN

Andrey Demçenko: “Karvan”a boş zona verməməyə çalışdıq” – ARENA.AZ

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 21-ci turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Andrey Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçulara oyunun çətin olacağını demişdim. Çünki “Karvan”ın itirəcəyi heç nə yox idi. Onlar sona qədər mübarizə aparacaqdılar.

Birinci hissədə taktiki baxımdan planlaşdırdıqlarımızı reallaşdıra bilmədik. Yenə də səbirli olduq və əks-hücumda qol vurmaq üçün şansımızı yaxaladıq.
İkinci hissədə bir qədər fərqli oynadıq. Çalışdıq rəqibə boş zona verməyək.

Futbolçularıma təşəkkürümü bildirdim. Qələbə qazanmaq üçün hər şey etdilər. Hələ rahat ola bilmərik. Qarşıda oyunlarımız var. Onlara hazırlaşmalıyıq”.

Ukraynalı mütəxəssis braziliyalı hücumçu Felipe Santosa bu oyunda əsas heyətdə yer verməsinə və futbolçunun qələbədə 2 qolla pay sahibi olmasına da münasibət bildirib:

“Santosa yaxşı futbolçu olduğunu demişdim. Onun yaxşı oyun keyfiyyətləri var. Amma hər şey çox sadədir. O, öz üzərində daha çox işlədi və əsas heyətə qayıtdı”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
2
9
arena.az

10Sources