EN

“İlk hissədə istədiklərimizi edə bilmədik” – Andrey Demçenko

Misli premyer-liqasının 21-ci turunda “Araz-Naxçıvan” səfərdə “Karvan-Yevlax”a 2:0 hesabıyla qalib gəldi. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Andrey Demçenko media önünə çıxıb.

- Oyunçularıma dedim ki, çətin oyun olacaq, rəqibin itirəcəyi heç nə yoxdu, sona qədər vuruşacaqlar. İlk hissədə istədiklərimizi edə bilmədik. Belə vəziyyətlərdə səbrli olmaq lazımdı. Biz də belə etdik, əks-hücumda qol vurduq. İkinci yarıda fərqli oynadıq. Çalışdıq ki, rəqibə oynamaq üçün məsafə verməyək. Oyunçularıma təşəkkür etdim. Özgüvənli oynadılar, hər şeylərini qoydular. Rahat ola bilmərik. Qarşıda oyunlarımız var.

- Felipe Santos artıq əsas heyətdə oynayır.Anladız ki, o komandanın lideridi? Daim oynayacaq?

- Ona izah etdik ki, yaxşı oyunçudu. Hər şey çox sadədi. Üzərində çalışdı, heyətə qayıtdı. Müdafiəyə də kömək edirdi.

- Klub prezidentinin axtarışda olması komandaya necə təsir edir?

- Bu barədə məlumatım yoxdu. Öz işimizi görürük. Öz rejimimiz var.

- Komandaya gələndə klub prezidenti ilə görüşmüşdüz?

- Əlbəttə. Kimisə işə götürəndə danışmaq lazımdı.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
18
2
football-plus.az

3Sources