Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Donald Tramp birmənalı qarşılanmayan daha bir açıqlama verib.
“AzPolitika” xəbər verir ki, ABŞ Prezidenti jurnalistlərin suallarına cavab verərkən Suriyada Əş-Şaranı hakimiyyətə məhz özünün gətirdiyini bildirib.
"Mənim əslində orada faktiki təyin etdiyim Suriya Prezidenti (Əhməd Əş-Şara) əla iş görür. O, sərt insandır, sözə baxmayan oğlandır, əks halda bunların öhdəsindən gələ bilməzdi. Suriya birləşir, həqiqətən də yaxşı birləşir və Əş-Şara indiyə qədər kürdlərə yaxşı münasibət göstərib. O, güclü və sərt insandır. Dünən onunla danışdım və həbsxanalardakı vəziyyəti müzakirə etdik. Dünyanın ən təhlükəli terrorçularından bəziləri həmin həbsxanalardadır. Əş-Şara bu prosesi izləyir", - deyə ABŞ Prezidenti bildirib.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.