
Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində “BMW” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacağının içərisinə park edib.
AFN Avtosfer.az-a istinadən xəbər verir ki, 90-AA-346 dövlət nömrə nişanlı “BMW”nin belə park olunması nəticəsində avtobuslar sərnişinləri dayanacaqdan kənarda saxlayaraq mindirib-düşürməli olublar. Bu, həm digər sürücülərin yolunu kəsərək sıxlığa səbəb olub, həm də sərnişinlərin təhlükəsizliyini riskə atıb.
Məsələ ilə bağlı Bakı Şəhər DYP İdarəsinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq “Qafqazinfo”ya bildirildi ki, “BMW” markalı, 90-AA-346 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib: “Onun barəsində AR İXM-nin 346.2-ci maddəsi ilə protokol tərtib edilib”.