EN

İran və Qətər XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani arasında telefon danışığı olub. 

Bakıvaxtı.az xəbər verir ki, söhbət zamanı Tehran və Vaşinqton arasında "nüvə dosyesi" üzrə danışıqlar prosesi müzakirə olunub.

İranın Tasnim xəbər agentliyinin məlumatına görə, tərəflər İran və ABŞ arasında dolayı danışıqların gedişatını nəzərdən keçirərək, regional əməkdaşlıq çərçivəsində diplomatik həll yolunu dəstəkləmək və təşviq etmək üçün məsləhətləşmələrin və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Aynur Babazadə

Chosen
12
1
bakivaxti.az

2Sources