EN

ABŞ İrana hücum üçün mərkəz seçdi, təyyarələr göndərildi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ İordaniyadakı “Muvafaq Salt” hava bazasına 60-dan çox hərbi təyyarə yerləşdirib.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “The New York Times” qəzeti peyk şəkilləri və uçuş məlumatlarına əsasən çıxış edib. 

Nəşr yazır ki, bu rəqəm normalda sözügedən bazada yerləşdirilən təyyarələrin sayından üç dəfə çoxdur. 

“Bazar günündən etibarən bazaya ən azı 68 nəqliyyat təyyarəsi eniş edib. Bazadakı avadanlıqlar arasında beşinci nəsil F-35 qırıcıları, eləcə də pilotsuz uçuş aparatları və helikopterlər var idi. Bu hərbi quruculuq ABŞ-ın “Muvafaq Salt” hava bazasını İrana qarşı potensial hücumların planlaşdırılması üçün əsas mərkəz hesab etdiyini göstərə bilər”. 

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
globalinfo.az

1Sources