21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobil yanğınını söndürərkən həlak olan (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı Neftçala rayonunun Şorkənd kənd sakini, 1984-cü il təvəllüdlü Hakim Şahlar oğlu Piriyev dəfn edilib. Mərhum kənd qəbristanlığında torpağa tapşırılıb.
Ucnoqta.az xəbər verir ki, dəfn mərasimində rayon ictimaiyyəti, FHN rəsmiləri və əməkdaşları, kənd sakinləri, mərhumun qohumları iştirak ediblər.
Xatırladaq ki, Hakim Piriyev yanan avtomobili söndürərkən qarşı yolla gələn yük avtomobili onu vurub.
Hadisə zamanı Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu da müxtəlif dərəcəli bədən xəsarətləri alıb. E.Tağıyevin həyati təhlükəsi yoxdur.///APA