EN

Tramp Kriştiano Ronaldonu ABŞ-a dəvət etdi

ABŞ prezidenti Donald Tramp "Əl-Nəsr" və Portuqaliya milli komandasının hücumçusu Kriştiano Ronaldoya müraciət edib.

90deqiqe.Az-ın məlumata görə, Tramp “X” platformasında yayımlanan video müraciətində 39 yaşlı futbolçunu ABŞ-a dəvət edib:

"Kriştiano Ronaldo, sən ən böyüksən. Amerikada sənə ehtiyacımız var. Çantalarını yığışdır, sənə ən qısa zamanda ehtiyacımız var"

Kriştiano Ronaldo əvvəllər klub rəhbərliyindən narazılığına görə "Əl-Nəsr" oyunlarını boykot etmişdi. Mediada yayılan məlumatlara görə, portuqaliyalı qış transfer pəncərəsi zamanı Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondundan (PIF) komandaya gücləndirilmiş oyunçuların olmamasından məyus olub. Fondun "Əl-Nəsr"dən əlavə, "Əl-Əhli", "Əl-İttihad" və "Əl-Hilal" klublarını da idarə etdiyi bildirilir.

Chosen
21
90deqiqe.az

1Sources