EN

Tanınmış azərbaycanlı tiktoter həbs edildi

"Koti" kimi tanınan tiktoker Zeynəb Zeynallı həbs edilib.

Publika.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, məhkəmə prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.

"Koti" bu dəfə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilib. Qərarda yazılıb ki, 25 yaşlı Z.Zeynallı "this.koti" adlı səhifəsində əxlaqsız ifadələr, söyüşlər səsləndirib, 300 min nəfərə yaxın izləyicisi olan səhifə üzərindən cəmiyyətə qarşı açıqca hörmətsizlik edib. Bu hərəkətlər də sosial şəbəkələrdə kütləvi nümayiş etdirildiyi halda xırda xuliqanlıq hesab edilir.

"Koti" özü də məhkəmədə təqsirini etiraf edib. Deyib ki, çox aqressiv biri olduğu üçün onun barəsində mənfi fikirdə olanları elə sosial şəbəkə üzərindən təhqir edib. O, həmçinin İnzibati Xətalar Məcəlləsinə sosial şəbəkələrdə cəmiyyətə hörmətsizliklə bağlı yeni maddə əlavə edildiyini bilmədiyini deyib, bir daha bu cür hərəkətlər etməyəcəyinə söz verib.

Chosen
2
24
publika.az

10Sources