EN

FHN əməkdaşları faciədən öncə

Salyanda xidməti vəzifəsini yerinə yetirərkən avtomobilin vurması nəticəsində ölən və yaralanan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının son görüntüləri yayılıb.

Publika.az FHN əməkdaşlarının son görüntülərini təqdim edir:

Xatırladaq ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb. Yanan maşını söndürən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü Hakim Şahlar oğlu Piriyev maşın vurması nəticəsində həyatını itirib, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Chosen
6
12
publika.az

5Sources