EN

Xidməti vəzifəsini yerinə yetirərkən ölən və yaralanan FHN əməkdaşlarının SON GÖRÜNTÜLƏRİ

Salyanda xidməti vəzifəsini yerinə yetirərkən avtomobilin vurması nəticəsində ölən və yaralanan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının son görüntüləri yayılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurdu - Ölən var - YENİLƏNİB


Bizim.Media xəbər verir ki, xidməti vəzifəsini yerinə yetirərkən avtomobil vurması nəticəsində FHN-nin əməkdaşı, Neftçala rayon sakini vəfat edib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü, Neftçala rayonunun Şorkənd kənd sakini Piriyev Hakim Şahlar oğlu hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində həyatını itirib.

Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

FHN əməkdaşlarının son görüntülərini təqdim edirik:


Bizim.Media

Chosen
3
8
bizim.media

10Sources