EN

Əjdər Cəfərova yüksək vəzifə verildi – DOSYE

Bakı. Trend:

Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə yenitəyinat olub.

Trend xəbərverir ki, Federasiyanın yeni baş katibi Əjdər Cəfərov təyinedilib.

Daha öncə Azərbaycan Badminton Federasiyasının prezidenti TalehZiyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edənCəfərov Əjdər Xosrov oğlu idman funksioneri kimi zəngin karyerayamalikdir.

Əjdər Cəfərov 2011-2016-cı illərdə Azərbaycan GüləşFederasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası,əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

Ə.Cəfərov üç Olimpiya Oyunlarında hakimlik edib:

  • 2010 – Sinqapur Yeniyetmələrin Yay Olimpiya Oyunları
  • 2012 – London Yay Olimpiya Oyunları
  • 2014 – Nanjing Yeniyetmələrin Yay Olimpiya Oyunları

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə“Tərəqqi” medalı ilə təltif olunub.

2012-ci ildə Dünya Güləş Birliyi (UWW) tərəfindən güləşqaydalarının dünyada təbliğinə görə yüksək mükafata layiqgörülüb.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuilə təltif edilib.

2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında güləşyarışlarının beynəlxalq koordinatoru vəzifəsini icra edib.

Məqalədə:
Chosen
7
11
az.trend.az

10Sources