AZ

Federasiyaya yeni baş katib təyin edildi » AzadMedia.az


Azərbaycan Badminton Federasiyasında baş katib təyinatı olub.

Əjdər Cəfərov Federasiyanın yeni baş katibi təyin edilib.

Qeyd edək ki, Ə.Cəfərov bu təyinatadək Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edib.

Əjdər Cəfərov 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Seçilən
0
4
azadmedia.az

10Mənbələr