Demokrat.az saytına istinadən ain.az xəbər verir.
Müğənni Səidə Sultan bir ildir efirlərdən uzaq qalmasının səbəbini açıqlayıb. Sosial şəbəkə hesabında video paylaşan sənətçi yerli telekanalları və aparıcıları kəskin tənqid edib. O, efir məkanında yaşanan səviyyəsizlikdən və bayağı ifaçıların təbliğ olunmasından narazılığını bildirib.Demokrat.az xəbər verir ki, sənətçi vaxtilə efirə çıxmaq üçün sənətkarların böyük zəhmət çəkdiyini və hətta ödəniş etdiklərini xatırladıb. İndiki verilişlərin keyfiyyətindən danışan müğənni aparıcılara xitabən ağır ittihamlar səsləndirib:"Bir ildir efirə çıxmıram. Bunlara görə. Siz verilişlər özünüzü kənardan görürsünüz? Siz nəyi reklam edirsiniz? Biz bir verilişdə 3 aydan bir görünürdük. Ya da yeni vaxtlarımızda pul ödəyirdik ki, efirdə görünək. Mən qısa da, şortik də geyinmişəm. Efirdə olub, hamısını görmüsünüz. Efirdə sinəm də açılıb, istəmədiyim hallarla qarşılaşmışam. Amma bu nədir? Nə olub. Dünən TikTok-da biri mahnı oxuyur görməmiş kimi efirə çıxarırsınız. Nə olub? Aparıcılar hamınız səviyyəsizsiniz. Razısınız? Heç birinizin savadı yoxdur".Səidə Sultan efirdə əxlaq dərsi keçənlərin və saxta kişilik nümayiş etdirənlərin əslində buna haqqı olmadığını vurğulayıb. O, proqramların cəmiyyətə yanlış mesajlar verdiyini qeyd edib:"Kişilikdən danışırlar, barmaq silkələyirlər. Bizə, camaata ağıl verənlərə bax. Siz kimə ağıl verir, dərs keçirsiniz? Azərbaycanda kişi yoxdur ki, siz çıxıb danışrısınız? Kimə gəldi qeyri-etik söz deyirsiniz. Görün efirdə kim bizə barmaq silkələyir. Aparıcılar, kanallar siz nə gündəsiniz. Hamınız nə günə qalmısınız. Bir özünüzü kənardan görün. Sizin əlinizdən bir ildir efirə çıxmıram".Müğənninin bu çıxışı sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.(axsam.az)Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.