EN

Kansler: Müharibə Avropanın qapısındadır, bunun hesabını verməli olacağıq

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

Avropanın Qərbində müharibə olmasa da, amma sülh içində də deyilik, təhlükə altındayıq.

Ölkə.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Ukraynadakı müahribə barədə mövqeyini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ukraynadakı müharibənin köhnə sistemə əməl olunmadığını göstərdiyini, lakin yeni sistemin də tam tətbiq olunmayıb. "Avropanın bu bölgəsində müharibə aparmırıq, amma artıq sülh içində də deyilik. Azadlığımıza təhdid açıq şəkildə hiss olunur", - kansler vurğulayıb.

Merz qeyd edib ki, bir neçə ildən sonra onlar yalnız bu gün baş verənləri qiymətləndirməklə kifayətlənməyəcəklər, həm də bu gün düzgün iş görülüb-görülmədiyi ilə bağlı hesab verməli olacaqlar: "Çünki tarix bizə bir şeyi öyrədib. Sakitləşdirmə sülh gətirmir, təcavüzkarı cəsarətləndirir. Bu gün sadəlövh pasifizmə tərəfdarları sabahkı müharibələri təşviq edirlər".

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
1
olke.az

2Sources