Bloqer həmin adamın evli və iki uşağının olduğunu bilmədiyini deyib. O bu məlumatı öyrəndikdən sonra sevgilisi tərəfindən intim videoları ilə təhdid olunduğunu bildirib.
Busaat.az xəbər verir ki, Çelsi Baxşıyeva bu barədə oxu.az-a danışıb.
Bloqer qeyd edib ki, sözügedən şəxslə bir neçə il əvvəl “Instagram”da tanış olublar:
“Adını açıqlamaqda problem yoxdur – Anar Pirməmmədov. Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiridir. İki il dostluq etdik, sonra münasibətə başladıq. İl yarım sevgi münasibətimiz oldu, ümumilikdə üç il yarım davam edib.
Bir müddət sonra öyrəndim ki, evlidir və iki uşağı var. Bunu özü də təsdiqlədi. Daha sonra həyat yoldaşı məni tapdı. Anar mənə zəng edib intim videoları yaymaqla hədələdi. Dedi ki, yayılmasını istəmirsənsə, həyat yoldaşıma heç nə demə. Mən isə həyat yoldaşına hər şeyi danışdım, səs yazılarını və mesajlarını göndərdim.