Basketbol üzrə Azərbaycan Kubokunda (2026) yarımfinal oyunları baş tutub.
Sportinfo.az xəbər verir ki, ilk yarımfinal oyununda “Sabah” “Ordu”ya 83:66 hesabı ilə qalib gələrək klub tarixində ilk dəfə kubokun final oyununa vəsiqə qazanıb.
Günün ikinci yarımfinal oyununda “Gəncə”, “Şəki” üzərində 97:71 hesablı qələbə qazanaraq, ardıcıl ikinci kubok mövsümündə də finala yüksəlib.
“Sabah” – “Gəncə” final oyunu 22 fevral saat 17:00-da Bakı İdman Sarayında keçiriləcək.