EN

Zelenski: ABŞ və Rusiya müharibənin dayandırılması üçün Donbasın güzəştə gedilməsini tələb edir

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Volodimir Zelenski ABŞ və Rusiyanın Kiyevə təzyiq göstərərək sülh sazişi çərçivəsində Moskvaya Donbası verməyə məcbur etdiyini bildirib.

Oxu.Az bu barədə "France24" telekanalına istinadən xəbər verir.

Ukrayna liderinin sözlərinə görə, Vaşinqton və Moskva Kiyevə təzyiq edir ki, müharibənin dayandırılması ilə bağlı istənilən razılaşma çərçivəsində Donbası Rusiyaya versinlər.

"Həm amerikalılar, həm də rusiyalılar deyirlər: əgər müharibənin sabah bitməsini istəyirsinizsə, Donbası tərk edin", - deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, fevralın 17-18-də Cenevrədə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında müharibənin dayandırılması ilə bağlı üçtərəfli danışıqların üçüncü raundu keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
5
oxu.az

6Sources