EN

Livanda İsrail aviazərbələri nəticəsində ölənlərin sayı artıb

BAKI, 21 fevral. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinin Livanın şərq bölgələrinə endirdiyi zərbələr nəticəsində azı 12 Hizbullah üzvü həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə "Lebanon 24" portal məlumat yayıb.

Mənbələrin bildirdiyinə əsasən, 37 yaralı xəstəxanalara çatdırılıb. Daha əvvəl altı nəfərin öldüyü və 23 nəfərin yaralandığı barədə məlumat verilmişdi.

Hava zərbələri Bekaa vadisində yerləşən Riyyak şəhərində silahlı birləşmələrin qərargahına, eləcə də Ksar-Naba və Badnail yaşayış məntəqələri arasında yerləşən səhra düşərgəsinə endirilib.

Portalın məlumatına görə, ölənlər arasında hərəkatın üç hərbi rəhbəri Əli Zeyd əl-Musəvi, İbrahim əl-Musəvi və Hüseyn Yagi də var.

Chosen
31
teleqraf.com

1Sources