EN

“Gözündən iki damla yaş axdı, onunla da susdu" - Arif Babayevin qızı

“Mənə çox çətindir, yarımçıq qaldım. Onun haqqında danışmaq da, fikirləşmək də çətindir. Elə bil ki, evimizin işığı sönüb. Arif Babayev burada olanda elə bil ki, ev dolu idi. 58 il bir yerdə yaşamışıq. Gün ərzində onunla bağlı bütün xatirələr yadıma düşür”.

 

Bu sözləri “Xəzər axşamı” verilişinə mərhum Xalq artisti Arif Babayevin doğum günündə həyat yoldaşı Gültəkin Babayeva deyib. Sənətçinin qızı Ruqiyyə Şirinova isə atası ilə bağlı son xatirəsini danışıb:

 

“Bizdən çox xahiş etdi ki, məni Qaxa aparın. Get-gedə vəziyyəti ağırlaşırdı, artıq yerimirdi. Elə bilirdi ki, Qaxa getsə, şəfa tapacaq. Orada bir həftə qaldı. Hər gün hiss edirdim ki, vəziyyəti daha da ağırlaşır. Sonuncu gün Qaxdakı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirdik. Yemək apardım ki, öz əlimlə yedirdim. Gördüm ki, artıq danışmır. Həmin an komaya düşdü, paytaxta gətirdik. Bakıda reanimasiyaya girdim və dedim ki, “Ay ata, sən çox güclü adamsan, həmişə çətinlikdən çıxmısan. Nə olar, gücünü topla, yenə də xəstəxanadan çıx. Biz hamımız səni gözləyirik”. Gözü yumulu şəkildə iki damla yaş axdı. Onunla da susdu, bir də səsini eşitmədim”.

 

Qeyd edək ki, Arif Babayev 2025-ci il avqustun 1-də 87 yaşında vəfat edib.//Demokrat.az

Tarix: 21 Fevral 2026, 00:39   
Chosen
9
2
pravda.az

6Sources