EN

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşdi

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu, "Gəncə" və "Şəki" arasında keçirilən yarımfinal oyunundan sonra bəlli olub.

Bakı İdman Sarayında təşkil olunan matçda rəqibini 97:71 hesabı ilə məğlub edən Gəncə kollektivi adını finala yazdırıb.

Qərb təmsilçisinin həlledici raunddakı rəqibi "Ordu"nu 83:66 hesabı ilə üstələyən "Sabah" kollektivi olacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı fevralın 22-də keçiriləcək. Bu görüş saat 17:00-da başlayacaq.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
7
fanat.az

9Sources