EN

“Meydanda sürət və mübarizə var idi” – Kaxaber Tsxadadze

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze  “Sumqayıt” oyunu sonrası mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis görüşü belə şərh edib:

“Hər iki komanda yüksək səviyyəli oyun nümayiş etdirdi. Meydanda sürət və mübarizə var idi. Bu mövsüm 3-cü penaltini vura bilmədiyimizə görə təəssüflənirəm. Amma futbolda belə hallar olur. Məşqlərdə bunun üzərində çox işləyirik, lakin oyunda alınmır. Futbolçuların mübarizə aparmasından razı qaldım. Onlara təşəkkür edirəm. Bu cür işləsək, daha çox xallar qazana bilərik”.

Chosen
15
idmanxeber.az

1Sources