EN

Zabrat qəsəbəsində nə baş verir? Sakinlər...

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Sabunçu rayonu ərazisində sakinlər su içində batırlar.

BAKU.WS-in "qaynar xətti"nə edilən şikayətə görə, 2 gündür ki, Zabrat qəsəbəsində içməlu su borusu dağılıb. Ətrafa su axır. Ərazidə kanalizasiya sistemi işləmədiyi üçün su yollara dolub və ətrafda hərəkəti iflic edib.

"118 A sayll avtobusun son dayanacağı, Şəhidlər məhləsi kimi tanınan ərazidir. Yollar su ilə dolduğundan maşınlar normal hərəkət edə bilmirlər. İnsanlar isə yolu keçə bilmir", - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətilə əlaqə saxladıq.

Qurumdan BAKU.WS-ə bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılacaq və lazımı tədbir görüləcək.

Посмотреть эту публикацию в Instagram

Публикация от @baku.ws_official

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
1
baku.ws

2Sources