AZ

Zabrat qəsəbəsində nə baş verir? - Sakinlər...

Bakının Sabunçu rayonu ərazisində sakinlər su içində batırlar.

Far.Az-in "qaynar xətti"nə edilən şikayətə görə, 2 gündür ki, Zabrat qəsəbəsində içməlu su borusu dağılıb. Ətrafa su axır. Ərazidə kanalizasiya sistemi işləmədiyi üçün su yollara dolub və ətrafda hərəkəti iflic edib.

"118 A sayll avtobusun son dayanacağı, Şəhidlər məhləsi kimi tanınan ərazidir. Yollar su ilə dolduğundan maşınlar normal hərəkət edə bilmirlər. İnsanlar isə yolu keçə bilmir", - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətilə əlaqə saxladıq.

Qurumdan Far.Az-ə bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılacaq və lazımı tədbir görüləcək.

Seçilən
35
1
far.az

2Mənbələr