EN

Gəncədə avtobus dayanacaqlarının dəyişdirilməsi sərnişinlərə çətinlik yaradırVİDEO

Marşrut xətləri və avtobuslar yeniləndi, dayanacaqların yeri dəyişdirildi...

Görülən işlər sərnişinlərin ürəyincə olsa da, bəzi ünvanlarda dayanacaqların yeni yeri bir sıra çətinliklər yaradır. Gəncənin Səməd Vurğun küçəsindəki kimi.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyirlər ki, Səməd Vurğun küçəsi 110 ünvanında yerləşən dayanacaq 300 metr irəlidəki yolayrıcına köçürülərsə, həm intervalla bağlı tələbə əməl olunar, həm də sərnişinlərin rahatlığı təmin edilər:

Məsələ ilə əlaqədar Yerüstü Nəqliyyat Agentliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, ərazidə təhlillər aparılıb. Vətəndaşların müraciəti nəzərə alınaraq aidiyyəti qurumlarla razılaşdırılmaqla dayanacağın yerinin dəyişdirilməsinə baxılacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
16
xezerxeber.az

1Sources