EN

SOCAR Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaratdı

BAKI, TurkicWorld

SOCAR-ın Ukraynadakı nümayəndəliyinin yanacaqdoldurma məntəqələrində hava həyəcanı zamanı müştərilərin təhlükəsizliyini təmin etmək məqsədilə sığınacaqlar yaradılıb.

Bu barədə TurkicWorld-ə "SOCAR Ukraine"in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, artıq Odessa, Nikolayev, Lvov, Dnepr, Jitomir, Rovno, Çerkassı bölgələrində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb. Sığınacaqlar hava hücumu siqnalı zamanı istifadə edilə bilər.

Sığınacaqlar yanacaqdoldurma məntəqələrinin yaxınlığında yerləşir və onların şəbəkəsi genişlənir. Oxşar təhlükəsiz məkanların ölkənin digər regionlarında da açılması gözlənilir.

Chosen
15
4
turkic.world

5Sources