EN

“STM və onun rəhbəri bu dövr ərzində yüzlərlə vətandaşın ümid qapısı olub” Əziz Əlibəyli

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Ölkə başçısının Fərmanı müzakirə edilməzdir və proses qurumların təkmilləşdirilməsi, struktur islahatlarının tərkibi kimi nəzərdən keçirilir. Bu da mühüm bir faktdır ki, açıq fəaliyyət ilə yanaşı Sosial Tədqiqatlar Mərkəzi qapalı hesabatlar və arayışlarla dövlətin mühüm orqanlarını təchiz edib".

Redaktor.az xəbər verir ki, bunu bunu Sosial Tədqiqatlar Mərkəzininin (STM) Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli feysbuk hesabında yazıb. "Ölkədə ilk peşəkar tədqiqat işini həyata keçirən STM ləğv edilməyib, Prezident Fərmanı ilə yaradıldığı kimi, digər bir Fərmanla Medianın İnkişafı Agentliyinə birləşir. Digər mühüm bir məsələ:

STM beyin mərkəzidir və şübhəsiz ki, cəmiyyətdə baş verən bütün prosesləri ölçür, tədqiq edir, yekunda isə müvafiq qurumlara qapalı arayışlar və tövsiyyə sənədləri verir. 

Və nəhayət, dövlətdə xidmət şərəfdir. Canlı prosesdir və əvəzetmə mexanizminə malikdir. Bugünkü əvəzləmələr və ya yeni baxışlar da bunun təbii nəticəsidir. Ötən 7 il ərzində ictimai hesabatların təqdimatı və tədbirlər, brifinqlərlə yanaşı, arzu edən elə bir vətəndaş, maraqlı tərəf olmayıb ki, istəyə və qurumun qapıları ona bağlı ola.

Deməyim odur ki, Sosial Tədqiqatlar Mərkəzi, onun rəhbəri bu dövr ərzində yüzlərlə, minlərlə vətəndaşın köməyi, dəstəyi, ümid qapısı olub.

Gün ərzində Fərmana öz şəxsi mövqeyindən qərəzli komment verənlərin başında Avropadakı söyüş komandası gəlir, o baxımdan xatırlatmaqda fayda var ki, qiymətləndirmə qərəzə söykənməməlidir. Belə halda kimin kimlə olduğun görünür və qərəz bizə, fəaliyyətimizə deyil; insanın - özü də bu müqəddəs günlərdə batininə yönəlir.

Tanrı hər kəsi qorusun".

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Fərman imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
2
redaktor.az

3Sources