EN

“Konstitutsion hüquqlar və beynəlxalq hüquq çərçivəsində ictimai vəkillik” adlı layihə icra olundu

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun 2025-ci il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olan gənc vəkil və layihə rəhbəri Qəmərcan Xasayzadə Fondun maliyyə dəstəyi ilə “Konstitutsion hüquqlar və beynəlxalq hüquq çərçivəsində ictimai vəkillik” adlı layihəni icra edir.

Mia.az xəbər verir ki, layihənin əsas məqsədi Vətən Müharibəsində qazanılmış qələbənin hüquqi əsaslarını – yəni Azərbaycanın Konstitusiya ilə qorunan hüquqları və beynəlxalq hüquq normalarını gənclərə, xüsusilə kollec tələbələrinə sadə və  anlaşıqlı dillə çatdırmaq, onlar arasında hüquqi savadlılığı artırmaq, onların ölkəmizin Vətən Müharibəsindəki haqq mövqeyini hüquqi və konstitusion əsaslarla anlamaqlarına dəstək olmaqdır.

16 fevral 2026-cı il tarixində Ağdam Musiqi Kolleci və Ağdam Dövlət Sosial İqtisadi Kollecində, 17 fevral 2026-cı il tarixdə isə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təlimlər keçirilmişdir. Təlimlərdə layihə rəhbəri Qəmərcan Xasayzadə çıxış edərək, layihənin məqsədi, mövzunun aktuallığı və cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat vermişdir.  

Təlimlərdə ümumilikdə 75-dən çox gənc iştirak etmişdir. 

İlk hissədə vəkil Nuriyyə Abbasova tərəfindən “Konstitusiya nədir və niyə bizi qoruyur?”, “Vətən Müharibəsi: hüquqi baxımdan nə baş verdi?”, “Dezinformasiya və hüquqi yalanlar” kimi mövzuları əhatə edən interaktiv təlim keçirilmiş, növbəti sessiyada isə sosial işçi Günel Baxışova tələbələrlə “İctimai vəkillik nədir və niyə gənclər üçün vacibdir?”, “Sosial mediada ictimai mövqe və məsuliyyət” mövzusunda geniş məlumat vermişdir.

Təlimdə  iştirak edən tələbələr bu tip görüşlərin onlar üçün çox faydalı olduğunu, tez-tez keçirilməsinin tərəfdarı olduqlarını bildirmiş və layihə rəhbəri Qəmərcan Xasayzadəyə öz təşəkkürlərini bildirmişlər. Sonda layihə rəhbəri Qəmərcan Xasayzadə Azərbaycan Respublikasının Gənclər Fonduna, müvafiq təhsil müəssislələrinin rəhbərlərinə, təlimçilərə və iştirak edən tələbələrə təşəkkürünü bildirmiş və tədbiri rəsmi olaraq bağlı elan etmişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
mia.az

1Sources