EN

ABŞ İranda bəzi şəxslərə sui-qəsd və rejim dəyişikliyinə cəhd etməyi düşünür – “Reuters”

ABŞ İranda bəzi şəxslərin ləğvini və hakimiyyət dəyişikliyini nəzərdən keçirir.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Birləşmiş Ştatlar İranda konkret şəxslərin fiziki olaraq ləğv edilməsi və ölkədə hakimiyyət dəyişikliyi imkanlarını araşdırır.

Amerikalı rəsmilərə istinadən yayılan xəbərə görə, mümkün hərbi əməliyyatın və ya hücumun planlaşdırılması artıq “irəli mərhələdə” hesab olunur.

Potensial hədəflər barədə təfərrüatlar isə hələlik açıqlanmır.

ABŞ Prezidenti Donald Tramp məsələyə şəxsən münasibət bildirərək, İrana qarşı zərbələr endirmək variantını həqiqətən də nəzərdən keçirdiyini rəsmən təsdiq edib.

Bu bəyanat regionda gərginliyin daha da artmasına səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
8
1
interpress.az

2Sources