Bakı. Trend:
SOCAR-ın Ukraynadakı nümayəndəliyinin yanacaqdoldurmaməntəqələrində hava həyəcanı zamanı müştərilərin təhlükəsizliyinitəmin etmək məqsədilə sığınacaqlar yaradılıb.
Bu barədə Trend-ə“SOCAR Ukraine”in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, artıq Odessa, Nikolayev, Lvov, Dnepr, Jitomir,Rovno, Çerkassı bölgələrində yerləşən SOCAR-ın yanacaqdoldurmaməntəqələrində sığınacaqlar yaradılıb. Sığınacaqlar hava hücumusiqnalı zamanı istifadə edilə bilər.
Sığınacaqlar yanacaqdoldurma məntəqələrinin yaxınlığındayerləşir və onların şəbəkəsi genişlənir. Oxşar təhlükəsizməkanların ölkənin digər regionlarında da açılması gözlənilir.