EN

Donald Tusk xəbərdarlıq etdi: Bu ölkəyə getməyin

Polşanın Baş naziri Donald Tuskun İranla bağlı sərt və təcili xarakterli açıqlaması beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb.

O, Polşa vətəndaşlarını yaxın saatlar ərzində İranı tərk etməyə çağıraraq, gecikmənin təhlükəli nəticələrə səbəb ola biləcəyini bildirib. Bu çağırış regionda hərbi eskalasiya ehtimalının real təhlükə kimi qiymətləndirildiyini göstərir.

Tuskun “indi çıxın, sonra gec ola bilər” mesajı diplomatik ehtiyat bəyanatından daha çox fövqəladə təhlükə siqnalı təsiri bağışlayır.

Bu açıqlama Yaxın Şərqdə vəziyyətin kritik həddə çatdığını göstərirmi? Doğrudanmı yaxın günlərdə müharibə riski reallaşa bilər, yoxsa bu addım mümkün hərbi ssenarilərə qarşı qabaqlayıcı tədbirdir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Qədir Aslan bildirib ki, Donald Tuskun İranla bağlı sərt və təcili xəbərdarlığı təəccüblü deyil:

“İrana hərbi müdaxilə versiyaları artıq açıq şəkildə gündəmdədir. Ümumiyyətlə, ABŞ-ın xarici siyasət konsepsiyasında son illərdə ciddi dəyişikliklər müşahidə olunur. Artıq daha sərt və aqressiv müdaxilə meyilli bir ABŞ modeli formalaşıb. Bunun real nümunələrini müxtəlif regionlarda, o cümlədən Venesuela məsələsində gördük.

İrana hücum ehtimalı uzun müddətdir müzakirə olunur və bu ssenari tamamilə istisna edilmir. Venesuela modeli müəyyən mənada İranda da tətbiq oluna bilər. Hazırda bunun üçün həm siyasi, həm də diplomatik zəmin hazırlanır. Cenevrə danışıqları isə gözlənilən effekti vermədi və tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır.

Hesab edirəm ki, bizi qarşıdakı dövrdə çox ciddi proseslər gözləyir. Regionda hərbi gərginliyin artması, enerji bazarlarına təsir, eləcə də böyük güclər arasında açıq qarşıdurma ehtimalı diqqətdən kənarda qalmamalıdır”.

Atilla Rzasoy

 

 

Chosen
33
nocomment.az

1Sources