EN

Suvarma kanalları rəqəmsallaşdırılacaq

ain.az, Newscenter.az saytına istinadən bildirir.

Bu il Qazaxıstanın Su Ehtiyatları və Suvarma Nazirliyi əvvəllər yenidənqurma işlərindən keçmiş Kazsuçar RİH-nin nəzdindəki 86 suvarma kanalının rəqəmsallaşdırılması işlərinə başlayacaq.Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, layihəyə mexaniki hidravlik kilidlərin avtomatlaşdırılması, eləcə də onlara suyun həcmini və səviyyəsini qeyd edən cihazların quraşdırılması daxildir. Ümumilikdə, bu tədbirlər nəticəsində 502 kilometrdən çox suvarma şəbəkəsi rəqəmsallaşdırılacaq.Nazirliyin məlumatına görə, bu, Qazaxıstanda suvarma şəbəkələrinin rəqəmsallaşdırılması və avtomatlaşdırılmasına yönəlmiş yeganə layihə deyil.Bu il İslam İnkişaf Bankının dəstəyi ilə cənub bölgələrində 103 kanalda işlərə başlanılacaq. Nəticədə, 2027-ci ilə qədər 900 kilometrdən çox kanal modernləşdiriləcək.Anar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
newscenter.az

1Sources