EN

Misli premyer-liqasının oyunları "İdman TV"də

AFFA, “CBC Sport” və “İdman TV” birgə bəyanat yayıblar.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yer alıb.

Qurumların birgə bəyanatında bildirilib ki, artıq Misli premyer-liqasının matçları "CBC Sport"la yanaşı, "İdman TV"də də yayımlanacaq. Belə ki, hər turdan 1 matç "İdman TV" vasitəsi ilə nümayiş etdiriləcək:

"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkənin ali futbol qurumu olaraq, futbolun kütləviliyinin artırılmasını, dünyada bir nömrəli idman növünün daha geniş auditoriyaya çatdırılmasını və yayım keyfiyyətinin yüksəldilməsini hər zaman prioritet vəzifə hesab edib. Bu mənada əsas diqqət mərkəzində daim ölkə çempionatı dayanıb. Misli premyer-liqasının yayım coğrafiyasını genişləndirmək məqsədilə AFFA turnirin eksklüziv yayımçısı “CBC Sport” və ölkənin ilk idman telekanalı olan “İdman TV” rəhbərliyi ilə müzakirələr aparıb. Danışıqların nəticəsi olaraq qərara alınıb ki, bu mövsümdən etibarən Misli premyer-liqasının hər turundan bir qarşılaşma “CBC Sport”la paralel olaraq “İdman TV” vasitəsilə də canlı yayınlansın. Yeni əməkdaşlıq çərçivəsində ilk yayımın 22-ci turda keçiriləcək “Qarabağ” – “Sabah” matçı olması nəzərdə tutulur. Danışıqların uğurla yekunlaşmasını və hər iki telekanalın məsələyə göstərdiyi həssas yanaşmanı yüksək qiymətləndirən AFFA rəhbərliyi həmkar tərəfdaşlarına təşəkkür edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır. Yayının təşkili və ümumi prosesin tənzimlənməsi ilə bağlı texniki detallar telekanallar tərəfindən qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək. Azərbaycan futboluna göstərdikləri diqqət və qayğıya görə bir daha “CBC Sport” və “İdman TV” rəhbərliyinə minnətdarlığımızı bildiririk!"
Chosen
20
5
football-plus.az

10Sources