İlk köç karvanları Xocavəndə çatıb - YENİLƏNİB
İlk köç karvanları Xocavənd şəhəri və kəndinə çatıb. 1news.az APA-a istinadən xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 50 ailə -194 nəfər, Xocavənd kəndinə isə 20 ailə - 94 nəfər köçürülüb. *** 13:02 İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. 1news.az APA-a istinadən xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 50 ailə -194 nəfər, Xocavənd kəndinə isə 20 ailə - 94 nəfər köçürülüb. Xocavənd şəhərinə və Xocavənd kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.